Ermənistan polisi polisin qanuni tələbini yerinə yetirməyən 98 nəfəri saxlayıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatına polisdən məlumat verilib.   

Qeyd edilib ki, hazırda 10 yaralı polis var. Etirazçılar arasında neçə nəfərin yaralandığı barədə məlumat verilməyib. 

***

21:42

Ermənistanda keçirilən etiraz aksiyaları zamanı 86 vətəndaş saxlanılıb, həm etirazçılar, həm də polis sıralarında yaralananlar var.  

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin sözçüsü məlumat verib. 

İlkin məlumata görə, 6 polis yaralanıb. Hələlik xəsarət alan etirazçıların rəsmi sayı açıqlanmayıb.