Ermənistan parlamentinin binası yaxınlığında keçirilən aksiyaya müdaxilə etmək üçün polis səs bombalarından istifadə etməyə başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazır. 

Qeyd edilib ki, bu gün parlament binasının önünə toplaşan kütlə etiraz aksiyası keçirib. Hazırda polis etirazçıları parlament binasının ətrafından uzaqlaşdırmağa çalışır.

 Polisdən verilən məlumata görə, buna səbəb etirazçıların qanuni tələbləri aşması olub.