"Vətən naminə Tavuş" hərəkatının lideri, müxalifətdən Baş nazirliyə vahid namizəd olan arxiyepiskop Baqrat Qalstanyan iyunun 8-də Vanadzorda avtoyürüş olacağını və orada mitinqin keçiriləcəyini bildirib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazır.  

"Yaxın günlərdə biz Yerablur abidəsini ziyarət edəcəyik və cümə günü sizə marşrut haqqında məlumat verəcəyik. Anna saat 19:00-da, gəlin yola çıxaq və bir daha xatırlatmaq istəyirəm ki, şənbə günü biz Ermənistanın üçüncü böyük şəhəri Vanadzora gedəcəyik, orada mitinq keçirəcəyik", - Qalstanyan bildirib.