Ermənistan İstintaq Komitəsi İrəvanda 3 nəfərin polis bölməsinə hücumu və partlayışla bağlı terror maddəsi ilə cinayət işi açıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Departamentin mətbuat katibi Qor Abramyan öz "Facebook" səhifəsində məlumat verib.

"İrəvanın Nor-Nork rayonunda polis idarəsinə 3 nəfərin basqın etməsi, hədə-qorxu gəlişi və partlayışla bağlı İstintaq Komitəsinin dövlət əleyhinə cinayətlərin istintaqı üzrə baş idarəsi tərəfindən terror hücumu maddəsi ilə cinayət işi açılıb", - bəyanatda deyilir.

Abrahamyan qeyd edib ki, İstintaq Komitəsi araşdırmanın nəticələri barədə ictimaiyyəti məlumatlandıracaq.

Bundan əvvəl qumbaraatanlarla silahlanmış 3 nəfər İrəvanın şimal-şərqindəki Nor-Nork inzibati rayonunda polis bölməsinə soxulub. Onlar Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb ediblər. Qumbaralardan birinin partlaması nəticəsində iki nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib, üçüncü hücumçu saxlanılıb.