Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirləri Şurası iyunun 26-da Lüksemburqda keçiriləcək iclasda Rusiya-Ukrayna müharibəsini və Ermənistanla Azərbaycan arasında dialoqu müzakirə edəcəklər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

Nazirlər Rusiyanın Ukraynaya təcavüzünü müzakirə etdikdən sonra Latın Amerikası və Karib hövzəsi ölkələri arasında münasibətlərə dair də fikir mübadiləsi aparacaqlar.

Bundan əlavə, Avropa İttifaqı Şurasında Tunis, Ermənistan və Azərbaycan, həmçinin Serbiya və Kosovo arasında dialoq müzakirə olunacaq.