Məşhur erməni bloger Roman Baqdasaryan Ermənistan cəmiyyətinə müraciət edərək Qarabağ klanının nümayəndələrinin ölkəyə daxil olmasının təhlükəsindən söz açıb.

İqtisadiyyat.az xəbər verir ki, o bu barədə öz sosial şəbəkə səhifələrində paylaşım edib:

"Müharibədən 3 il keçir. Qarabağdan Ermənistana böyük satqın axını var. Arayikin "məmurları",  “generallar” və həbsxana qatilləri Ermənistana gəlib burada əlini-qolunu sallayaraq gəzir. Biz niyə hər kəsin Qarabağdan Ermənistana gəlməsinə icazə veririk?

Niyə heç kim soruşmur ki, Samvel Oqanovskinin (qondarma qurumun keçmiş "general-mayor"u - red.) Ermənistanda nə işi var? Xankəndi "mer"inin arvadı kənd təsərrüfatına rəhbərlik edirsə, uşaqları ilə niyə Ermənistana qaçıb? İşsiz-gücsüz bu insanlar Ermənistanda kef çəkəcək, hökumət də onlara müavinət verəcək?

Bako və Arayikin göstərişi ilə həbsxanalarda adam öldürən o cinayətkar Qarabağ erməniləri niyə İrəvanda sakit gəzirlər? Bu insanlar cinayət məsuliyyətinə cəlb olunur, adam öldürməkdə ittiham olunur və eyni zamanda rahatlıqla Ermənistana köçürlər. Təsəvvür edə bilərsinizmi ki, onlar ölkəyə nə boyda zərər vura bilərlər?", - Roman Baqdasaryan yazıb.