Bu ilin ilk 3 ayı ərzində Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana gələn turistlər ölkəmizdə 53 milyon 418 manat pul xərcləyiblər. 
Rəsmi statistikaya əsasən, 3 ay ərzində Azərbaycana 20 min 581 nəfər BƏƏ vətəndaşı gəlib və onlar ən çox nəqliyyat xidmətinə pul xərcləyiblər. Belə ki, 3 ay ərzində ümumi xərclərinin 42%-ni və ya 22 milyon manatını nəqliyyat xidməti üçün sərf ediblər. Bundan başqa BƏƏ vətəndaşları xərclərinin 25%-ni və ya 13,2 milyon manatını yerləşməyə (otellərə, motellərə, evlərə və s.), 18,6%-ni və ya 9,9 milyon manatını qidalanmaya, 1,4%-ni və ya 733 min manatını isə mədəniyyətə yönəldiblər.
Digər ərəb ölkələrindən gələnlərin də xərcləri təxminən BƏƏ vətəndaşları kimi olub.

Ərəb ölkələrindən gələnlərin xərclərini təqdim edirik:

Ölkələr Turistlərin sayı Xərclədikləri ümumi vəsait Nəqliyyat xərcləri Yerləşmə xərcləri Qidalanma xərcləri Mədəniyyət xərcləri
BƏƏ 20 min 581 nəfər 53,4 mln. azn 22 mln. azn 13,2 mln. azn 9,9 mln. azn 733 min azn
İraq 7 min 965 nəfər 11 mln. azn 5,5 mln. azn 3,1 mln. azn 1,7 mln. azn 95,6 min azn
Küveyt 6 min 200 nəfər 16,8 mln. azn 6,6 mln. azn 4,7 mln. azn 2,9 mln. azn 221 min azn
Oman 4 min 311 nəfər 11,1 mln. azn 4,6 mln. azn 2,7 mln. azn 2,1 mln. azn 153 min azn
Qətər 2 min 111 nəfər 5,6 mln. azn 2,2 mln. azn 1,5 mln. azn 1 mln. azn 75,2 min azn

 

(yeniavaz.com)