Ərəb Dövlətləri Liqasının (LAS) baş katibi Əhməd Əbu əl-Qeyt İsrail və Fələstin tərəflərini hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb. 

İqtisadiyyat.az xəbər verir ki, o, bunu Misirin paytaxtında işə başlayan Ərəb Liqası Şurasının xarici işlər nazirləri səviyyəsində fövqəladə sessiyasının açılışında bildirib.

"Biz Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında dərhal atəşkəs əldə etməyə çağırırıq", - deyə regional təşkilatın baş katibi bildirib. 

O, çıxışında mülki əhaliyə qarşı zorakılığın hər hansı təzahürlərini rədd edib.