Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ərdoğanın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Putin Ərdoğanla Türkiyə səfəri ilə bağlı razılığa gəlib. Prezident Ərdoğan Putinlə danışığında “sülh körpüsü” hesab etdiyi Qara Dəniz Təşəbbüsünü uzun müddət fəaliyyət göstərməməsinin heç kimin xeyrinə olmayacağını vurğulayıb.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Bildirilib ki, iki ölkə liderləri Ukraynadakı müharibənin gələcəyini, həmçinin “Taxıl sazişi”nin perspektivini müzakirə edirlər.

 

Gözəl Həşimova