Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 8-də Rusiyaya səfər edəcək.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, sentyabrın 8-də Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında görüş olacaq.

İki liderin Ukraynadakı müharibəni, xüsusilə “Taxıl sazişi”nin bərpasını müzakirə edəcəkləri gözlənilir.

 

Gözəl Həşimova