Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hindistanda keçirilən G20 Liderlər Zirvə Toplantısında "Türkiyənin yaşana bilən dünya üçün sıfır tullantı səyahəti" kitabını dövlət başçılarına və liderlərə təqdim edib.

İqtisadiyyat.az türk mediasına istinadən bildirir ki, kitab Rabitə Müdirliyi tərəfindən hazırlanıb.

Ərdoğan kitaba yazdığı müqəddimədə iqlim dəyişikliyi, çirklənmə ilə mübarizədə uğurlu olmaq üçün qlobal həmrəyliyin vacibliyini vurğulayıb. 

"Lakin beynəlxalq həmrəylik get-gedə pozulur, əməkdaşlıq özünü mərkəzli yanaşmalarla əvəz edir. Bunun bədəlini bütün bəşəriyyət, xüsusən də Afrika və Asiyanın kasıb ölkələri ödəyir. Türkiyə olaraq həm öz öhdəliklərimizi yerinə yetiririk, həm də dünyamızın və bəşəriyyətin ortaq gələcəyini maraqlandıran bu həyati vacib məsələ ilə bağlı qlobal səviyyədə aparılan işləri dəstəkləyirik", deyə Ərdoğan kitabda qeyd edib.

Prezident Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın təşəbbüsü ilə həyata keçirilən Sıfır Tullantı layihəsi haqqında ətraflı məlumatların yer aldığı kitab "Tullantıların İdarə Edilməsi və Ətraf Mühit Məsələləri", "Türkiyədə Ttullantıların idarə edilməsi ilə bağlı institusional quruluş”, “Türkiyədə tullantıların İdarə edilməsi ilə bağlı hüquqi qaydalar” və “Sıfır Tullantı Hərəkatı” adlı dörd fəsildən ibarətdir.

Gülşən Şərif