Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşlə telefon danışığı aparıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barəd əTürkiyə Prezident Administrasiyasının Kommunikasiyalar Şöbəsi məlumat yayıb.

"Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşlə telefon danışığı aparıb.

Görüşdə İsrail-Fələstin münaqişəsi çərçivəsində atıla biləcək addımlar müzakirə edilib, Türkiyənin vasitəçilik səyləri ilə bölgəyə günahsız mülki vətəndaşlara humanitar yardımların çatdırılması üçün görüləcək işlər dəyərləndirilib.

Proporsional olmayan hücumların vəziyyəti daha da çıxılmaz vəziyyətə salacağını vurğulayan prezident Ərdoğan tərəflərin təmkinli davranmasının və impulsiv addımlardan qaçmasının çox vacib olduğunu bildirib", - Ərdoğan qeyd edib.