Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. 

"Telefon danışığı zamanı Fələstin-İsrail münaqişəsi, həmçinin gərginliyin artmasının qarşısını almaq üçün tədbirlər müzakirə edilib. 

Ərdoğan və Putin Fələstin-İsrail münaqişəsi zonasında humanitar ehtiyacların ödənilməsinə dair təşəbbüsləri qiymətləndirib", - Türkiyə Prezident Administrasiyası bildirib.