Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

İqtisadiyyat.az Türkiyə mediasına istinadən  xəbər verir ki, telefon danışığı zamanı  iki ölkə arasında olan münasibətlər müzakirə edilib.

Danışıq əsnasında Ərdoğan Rusiya ilə Ukrayna arasında müharibənin tezliklə bitməsini arzulayıb.

Türkiyə Prezidenti qeyd edib ki, “taxıl sazişi” çərçivəsində müxtəlif ərzaq məhsulları və digər malların ixracı üzrə işə başlaya bilərlər.  

Danışıq zamanı regional məsələlər də müzakirə edilib.