"Üç qitənin mərkəzində yerləşən Türkiyə hadisələri kənardan müşahidə edə bilməz. Meydanda, həmçinin masa arxasında güclü olmaq bizim üçün seçim deyil, öhdəlikdir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Administrasiyasında keçirilən “14-cü Səfirlər Konfransı”nda iştirakçılara müraciətində deyib.

"Türkiyə beynəlxalq münasibətlərə damğasını vuran, bir çox vacib məsələlərdə iştirakı axtarılan, münasibəti yaxından izlənilən oyun qurucu ölkəyə çevrilib", - Ərdoğan bildirib.

"Biz diplomatiyanın bütün imkanlarından, sərt və yumşaq gücün bütün elementlərindən istifadə edərək Türkiyənin maraqlarını qorumaqdayıq", - Türkiyə lideri qeyd edib.