Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Astanada keçirilən sammitindən sonra Qazaxıstan lideri Kasım Comərt Tokayevə Türkiyənin TOGG elektrikli avtomobilini hədiyyə edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Tokayevin mətbuat xidməti məlumat yayıb.

"Hörmət əlaməti olaraq Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısına Türkiyə istehsalı olan TOGG elektrikli avtomobilini hədiyyə etdi. Türkiyə lideri Kasım Comərt Tokayevə yeni elektromobili şəxsən göstərdi", - məlumatda deyilir.

"Qazaxıstan Prezidenti elektromobillərin kütləvi istehsalına uğurlu başlanması münasibətilə həmkarına minnətdarlığını bildirib və təbrik edib", - mətbuat xidməti qeyd edib.

Tokayev bir müddət əvvəl Ərdoğanla görüşündə Türkiyənin Qazaxıstan üçün qardaş dövlət, eyni zamanda ən yaxın və etibarlı strateji tərəfdaş olduğunu vurğulayıb.