Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş katibi Antonio Quterreş və Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacaq. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ərdoğan Avstriyanın Baş naziri ilə birgə mətbuat konfransı zamanı bildirib.

"Dünən bəzi telefon zəngləri etdim. Bu gün Putin və Quterreşlə də görüşəcəyəm.

Biz Körfəz ölkələri də daxil olmaqla, bütün məsələlər ətrafında danışıqları inkişaf etdirməyə davam edəcəyik. “Ədalətli sülhün uduzanı yoxdur” şüarı ilə regionun bütün nüfuzlu aktorlarını sülhün bərqərar olması üçün məsuliyyət daşımağa çağırırıq.

Xüsusilə mülki əhalini və mülki yaşayış məntəqələrini hədəfə alan yanğına od ələməyin heç kimə xeyri yoxdur", - Türkiyə lideri bildirib.