Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Novruz Bayramı münasibətilə təbrik mesajı ünvanlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə dövlət başçısının “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib:

“Millətimizin və Novruz sevincini yaşayan coğrafiyamızdakı bütün qardaşlarımızın Novruz bayramını təbrik edirəm. Orta Asiyadan Balkanlara qədər geniş bir bölgədə yeni ümidlərlə qeyd olunan Novruzun xeyirli olacağına ümid edirəm”.