Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Prezident Şurasının sədri Məhəmməd əl-Menfi ilə telefon danışığı aparıb.

İqtisadiyyat.az xəbər verir ki, o,Liviyada baş verən sel fəlakəti ilə əlaqədar Menfiyə başsağlığı verib.

Ərdoğan sel fəlakətindən kədərləndiyini qeyd edərək, tezliklə bütün yaraların sağalmasını arzu edib və həlak olanlar üçün başsağlığı diləyib.

Ərdoğan Türkiyənin fəlakətlə mübarizədə dost və qardaş Liviya xalqının hər zaman yanında olduğunu və yardımların davam edəcəyini bildirib.