İsrailin Qəzza zolağındakı hərəkətləri regional və qlobal təhlükəsizliyi təhdid edir. 

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"İsrailin Fələstin ərazilərində, xüsusən də Qəzzada törətdiyi soyqırım davam edir, bu cinayətlərlə İsrail təkcə regional deyil, həm də qlobal təhlükəsizliyi təhdid edir. Fələstin probleminin daimi həlli paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasıdır", - Ərdoğan Tbildirib. 

O vurğulayıb ki, beynəlxalq ictimaiyyət bu məsələdə İsrailə təzyiq göstərməlidir.