Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İordaniya Kralı II Abdullah ilə telefonla danışıb. 

İqtisadiyyat.az xəbər verir ki, görüş zamanı İsrail-Fələstin münaqişəsi və regionda humanitar problemlərin həlli üçün görüləcək işlər müzakirə olunub.

Eyni zamanda əmin-amanlığın təmin edilməsi üçün regional və qlobal səviyyədə atılması lazım olan addımlar müzakirə edilib.

Prezident Ərdoğan görüş zamanı bildirib ki, münaqişələrin bölgəyə yayılma ehtimalına qarşı ayıq-sayıq olmaq lazımdır. O, Türkiyənin gərginliyin aradan qaldırılması üçün vasitəçilik də daxil olmaqla istənilən dəstəyə hazır olduğunu bəyan edib.