Ən çox xidmət göstərmiş və ilk onluğuna daxil olan tibb müəssisələrinin adları açıqlanıb. 

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib. 

Bildirilib ki, ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğuna Sumqayıt Tibb Mərkəzi (87 943), Respublika Klinik Xəstəxanası (70 530), 5 nömrəli Şəhər Klinik Xəstəxanası (59 131), Kliniki Tibbi Mərkəz (41 064), 3 nömrəli Şəhər Klinik Xəstəxanası (37 641), Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası (23 383), K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu (22 478), 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası (16 058), Akad. C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu (15 248) və 15 nömrəli Uşaq Poliklinikası (9 029).