Hazırda Azərbaycanda inflyasiya qlobal inflyasiyadan 1,5 dəfə çoxdur.

İqtisadiyyat.az xəbər verir ki, bunu Mili Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Əli Məsimli bildirib.

"Ötən il Azərbaycanda ümumi qiymətlər 13,9 %, ərzaq məhsullarının isə qiymətləri isə 20 % ətrafında artıb. Çox işlənən ərzaq məhsulları daha sürətlə bahalaşsa da, bu, nəzərə alınmır. Bizdə ancaq idxal inflyasiyası öyrənilir. Nazirlər Kabinetindən tutmuş bütün rəsmi hökumət dairələrinin hesabatında inflyasiyanın bir qolu - idxal inflyasiyası əks etdirilir. Bu, yumşaq desək, yarımçıq xarakter daşıyan məsələdir”, - deyə o qeyd edib