Bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 630 min barel olacağı proqnozlaşdırılır ki, bu da əvvəlki proqnozla eynidir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) oktyabr hesabatında deyilir.

Proqnozlara görə, gələn il ölkədə gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 640 min barel təşkil edəcək. Qurumun bu proqnozu da əvvəlki ilə eynidir.

Hesabata əsasən, ötən il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 670 min barel olub.

 

Gözəl Həşimova