Bu ilin yanvar-iyul aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 44 milyard 558,6 milyon manat təşkil edib.

İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,8% çoxdur.

Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 14,1 % artaraq 4 394 manata çatıb.