Əfqanıstanın Nanqarhar əyalətində qayığın çevrilməsi nəticəsində azı 20 nəfər həlak olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Taliban" hökumətinin İnformasiya və Mədəniyyət Departamentinin əyalət üzrə nümayəndəsi məlumatı təsdiqləyib.

Ölənlər arasında qadınlar və uşaqların da olduğu bildirilib. Hadisə yerinə həkim briqadası və təcili yardım maşınları göndərilib.