Bəlx vilayətinin paytaxtı Məzari-Şərifdə neft şirkətinin əməkdaşlarını daşıyan avtobus yol kənarına yaxınlaşarkən, yaxınlıqdakı avtomobilə yerləşdirilmiş bomba partladılıb. Hadisə yerli vaxtla, səhər saat 7 radələrində baş verib. Hadisə nəticəsində ən azı 7 nəfər ölüb, 6 nəfər isə yaralanıb. Terror aktına görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.