Əfqanıstanın Herat əyalətində ötən şənbə günü baş verən şiddətli zəlzələlərdən sonra yenidən 6,3 və 5 bal gücündə zəlzələlər baş verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidmətinin (USGS) məlumatında deyilir.

Məlumata görə, yerli vaxtla saat 05.11-də 6,3 bal gücündə zəlzələ baş verib və zəlzələ Heratdan 28 kilometr şimal-qərbdə olub. Bu zəlzələdən 11 dəqiqə sonra eyni bölgədə 5 bal gücündə ikinci zəlzələ baş verib.

Hər iki zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyi bildirilib.

 

Gözəl Həşimova