Yəmənin Ədən şəhərindən 70 dəniz mili cənub-qərbində raketlə vurulduqdan sonra bir gəmidə yanğın başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Böyük Britaniya Dəniz Ticarət Əməliyyatlarının (UKMTO) Koordinasiya Mərkəzi özünün "X" səhifəsində məlumat yayıb.

Məlumata görə, hazırda dəymiş ziyan hesablanır. Gəminin kapitanı itkilərin olmadığını və gəminin limana doğru getdiyini bildirib.

Bundan əvvəl Britaniyanın dəniz təhlükəsizliyi şirkəti Ambrey bildirmişdi ki, Ədənin təxminən 83 dəniz mili cənub-şərqində mülki yük gəmisi raketlə vurulub. Zərbə nəticəsində gəmidə yanğın başlayıb, yanğın tez bir zamanda söndürülüb.