Son zamanlar vətəndaşlara cərimə borcları ilə bağlı endirim kampaniyaları vədi verən saxta səhifələrin reklamı sosial şəbəkələrdə geniş yayılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, onlardan biri də "asancerime.com" səhifəsidir:

"Vətəndaşlarımızdan belə səhifələrə etibar etməməyi, şəxsi və bank kartları məlumatlarını bu kimi səhifələrdə paylaşmamağı xahiş edirik. Məlum səhifələrin dövlətimizlə və rəsmi qurumlarla heç bir əlaqəsi yoxdur".