Almaniyanın paytaxtı Berlin dünyanın ən yaxşı ictimai nəqliyyat sisteminə malik şəhəri seçilib.

İqtisadiyyat.az CNN-ə istinadən xəbər verir ki, səyahət bələdçisi olan "Time Out" dünyanın 50 şəhərində 20 min insanın yerli ictimai nəqliyyat sistemlərinə münasibətini öyrənmək üçün sorğu keçirib.

Nəticədə məlum olub ki, Avropa və Asiya nəqliyyat sisteminə görə liderdir - ilk onluq bütünlüklə bu qitələrdəki şəhərlərdən ibarətdir. Həmçinin cəmi 19 şəhərdən ibarət siyahıda Şimali Amerikada üç şəhər var, qalan qitələr isə ümumiyyətlə təmsil olunmayıb.

Araşdırmaya görə, Berlin sakinlərinin 97 faizi öz şəhərinin nəqliyyatını bəyənir. Ümumi siyahı isə belədir:

 

1. Berlin, Almaniya.

2. Praqa, Çexiya.

3. Tokio, Yaponiya

4. Kopenhagen, Danimarka.

5. Stokholm, İsveç.

6. Sinqapur.

7. Honq Konq.

8. Taypey, Tayvan

9. Şanxay, Çin

10. Amsterdam, Hollandiya

11. London, Böyük Britaniya.

12. Madrid, İspaniya.

13. Edinburq, Böyük Britaniya.

14. Paris, Fransa.

15. Nyu-York, ABŞ.

16. Monreal, Kanada.

17. Çikaqo, ABŞ.

18. Pekin, Çin.

19. Mumbay, Hindistan.