Dünyanın ən böyük kriptovalyuta birjası olan "Binance" rublla depozit və pul çıxarılmasını dayandıracağını açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Binance" yazılı açıqlama yayıb.

Bu qərara uyğun olaraq, rublla əmanətlərin noyabrın 15-dən, vəsaitlərin çıxarılmasının isə dekabrın 31-dən dayandırılacağı bildirilib.

Qeyd edək ki, sentyabrın 27-də "Binance" aktivlərini sataraq Rusiya bazarından çıxmaq qərarını açıqlayıb.

 

Gözəl Həşimova