Çində H3N8 quş qripindən ölüm faktı qeydə alınıb. Bu, dünyada bu virusdan ilk ölüm halıdır.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatı açıqlayıb. Bildirilir ki, 56 yaşlı şəxs ağır pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qadın Zhongshan şəhərindəki bazarda diri quşlarla təmasda olub və bazardan götürülmüş ətraf mühit nümunələri H3 quş qripi üçün müsbət nəticə verib.

Hadisə ilə bağlı digər detallar paylaşılmayıb.