Bugün Çikaqo Ticarət Birjasında qızılın qiyməti rekord həddə yüksəlib.
İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, qiymətli metalın tədarükü üzrə iyun müqavilələri 2,14% bahalaşaraq bir unsiya üçün 2,286 min dollar olub. Bu da rekord səviyyə hesab olunur.
Qızılın bahalaşmasına səbəb isə bunlardır:
- İyun ayında ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcəsini endirəcəyi gözləntiləri;
- Qiymətli metala investisiyalar aşağı faiz dərəcələri ilə daha cəlbedici olub;
- Daşınmaz əmlak sektorunun çətinliklərlə üzləşdiyi Çindən olan investorların tələb artımı;
- Qlobal mərkəzi bankların geosiyasi risklər, daxili inflyasiya və dollar zəifliyi səbəbindən ehtiyat portfellərini diversifikasiya etmək üçün daha çox qızıl alması.
Gözəl Həşimova