Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2023-2024-cü illərdə qlobal neft tələbinin artımı ilə bağlı proqnozunu dəyişməyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir.

Məlumata görə,dünyada neft tələbi bu il 2,4 milyon barel, gələn il isə 2,2 milyon barel artacaq. Beləliklə, OPEC artıq ikinci aydır ki, öz proqnozunu dəyişmir.

Hesabata əsasən, bu il dünyada qlobal neft tələbi gündəlik 102,1 milyon barel, 2024-cü ildə isə təxminən 104,3 milyon barel olacaq.

 

Gözəl Həşimova