Ən böyük ixracatçılar Səudiyyə Ərəbistanı və Rusiyanın bu ilin sonuna qədər neft hasilatını azaltmaq planları qiymətləri bahalaşdırıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin dekabr müqaviləsində bir barelin qiyməti 35 sent və ya 0,41% bahalaşaraq 84,89 ABŞ dolları olub.

“WTI" markalı neftin dekabr müqaviləsində bir barelin dəyəri isə 41 sent və ya 0,51% artaraq 80,92 ABŞ dolları təşkil edib.

 

Gözəl Həşimova