Dünyada dörd aydan da az vaxtda koronavirusa yoluxanların sayı 800 023 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, pandemiya qurbanlarının sayı 38 748, sağalanların sayı isə 169 993 nəfərdir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 200 ölkə və bölgədə qeydə alınıb.