Dünyada ilk dəfə olaraq Finlandiyalı sərnişinlər rəqəmsal pasportlarla səyahət edə biləcəklər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Finlandiya Sərhəd Mühafizəsi məlumat yayıb.

Məlumata görə, Finlandiyanın "Finnair" şirkəti ilə vətəndaşlar London, Mançester və Edinburqa rəqəmsal pasportlarla səyahət edəcəklər. Bu da o deməkdir ki, sərnişinlər növbə gözləmədən daha tez keçmək şansı əldə edəcəklər.

Bildirilib ki, vətəndaşlar avqustun 28-dən etibarən bu pasportdan istifadə edə biləcəklər.

 

Gözəl Həşimova