"Hazırda dünya birliyi soyuq müharibə dövründəkindən daha təhlükəli vəziyyətdədir. Dünya ölkələrinin parçalanması son 75 ildə maksimum həddə çatıb".

İqtisadiyyat.az xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

"Dünyamız ekzistensial çağırışlarla üz-üzədir. Dünya hələ də nüvə təhlükəsi ilə üz-üzədir, lakin eyni zamanda, yeni risk mənbələri yaranıb. Biz ekzistensial nisbətdə iki ayrı təhlükə ilə üzləşirik: iqlim böhranı və nəzarətsiz süni intellekt riski. Dünya indiyə qədər hər iki təhlükəyə cavab vermək üçün təsirli addımlar ata bilməyib", - deyə o qeyd edib.

Qeyd edək ki, 60-cı Münhen Təhlükəsizlik Konfransı fevralın 16-18-də keçiriləcək.

 

Gözəl Həşimova