Dünya əhalisinin yarısı “Dang qızdırması” adlandırılan virusa görə risk altındadır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Hesablamalara görə, ağcaqanadlarla ötürülən virus hər il 40-70 min nəfərin ölümünə səbəb olur. ÜST xəbərdarlıq edib ki, dünya əhalisinin yarısı bu virusa yoluxma riski altındadır. Məlumata əsasən, 2000-2022-ci illər arasında "dang" virusuna yoluxanların sayı 8 dəfə artıb.

Bildirilib ki, virus təxminən 129 ölkəyə təsir edib. Hazırda bazarda olan yeganə vaksin isə "Sanofi Pasteur" peyvəndidir. Peyvənd yalnız bir dəfə virusa yoluxmuş insanları qoruyur.

 

Gözəl Həşimova