"Dünya Bankı krediti 6 milyard dollara qədər artıra bilər".

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, bu sözləri G20 maliyyə nazirlərinin toplantısında kreditlərlə bağlı vəziyyətə toxunan Dünya Bankının prezidenti Acay Banqa deyib. 

O bildirib ki, Dünya Bankının balansını artırmaq və iqlim dəyişikliyi kimi problemlərin öhdəsindən gəlmək üçün yeni mexanizmlərin tətbiqinə ehtiyac var:

"Yeni mexanizmə görə ölkələr kreditləri qaytara bilməsə də, zəmanət şərti ilə əlavə kredit əldə edə biləcəklər. Bank 10 il ərzində 30 milyard dollar yeni kreditlər ayıra bilər".