Dünya Bankı Ukraynanın enerji sisteminin dayanıqlığını təmin etmək üçün 500 milyon dollar ayıracaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyi məlumat yayıb.

Məlumata görə, sövdələşmənin birinci hissəsi kimi 200 milyon dollar qrantın ayrılması nəzərdə tutulur.

Dünya Bankının "Qışda enerji təchizatının bərpası və enerji ehtiyatlarının tədarükü" layihəsi ümumilikdə 500 milyon ABŞ dolları məbləğində maliyyələşməni nəzərdə tutur. Vəsait istilik xidmətləri üçün avadanlıqların və elektrik enerjisinin ötürülməsi infrastrukturu üçün avadanlıqların alınmasına yönəldiləcək.

 

Gözəl Həşimova