Dünya Bankı Yaponiya hökumətinin zəmanəti ilə Ukraynaya 1,2 milyard dollar kredit ayırmağı təsdiqləyib.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, bu vəsaitlər inklüzivlik, davamlılıq və səmərəlilik üçün sosial müdafiəyə ayrılacaq.

Məlumata görə, maliyyə əsasən Ukraynanın ən həssas əhalisi üçün 29 sosial yardım proqramını dəstəkləmək məqsədilə ayrılıb.

Bundan əvvəl, Ukraynanın Baş naziri Denis Şmıqal bildirib ki, Kiyev Avropa İnvestisiya Bankından təxminən 162 milyon avro, Norveçdən 190 milyon dollar və İsveçrədən 70 milyon dollar alacaq.

 

Gözəl Həşimova