"Dünya Bankı ortamüddətli iqtisadi proqramını həyata keçirmək üçün Türkiyəyə 35 milyard dollarlıq yardım paketi ayırmağı planlaşdırır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin Maliyyə və Xəzinə naziri Mehmet Şimşək "NTV" kanalına müsahibəsində deyib.

"Dünya Bankının prezidenti ilə uzun müddət görüşdük. Proqramımız haqqında ona danışdıq. Dünya Bankı proqramımızı dəstəkləmək üçün planlaşdırılan 17 milyard dollardan əlavə, daha 18 milyard dollar ayıracaq. Ümumilikdə Türkiyəyə Dünya Bankından 35 milyard dollar məbləğində yardım paketi veriləcək", - deyə nazir qeyd edib.

 

Gözəl Həşimova