İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Rolande Prays ilə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə M.Cabbarov "X"də bildirib.

Görüşdə DB ilə Azərbaycan arasında bank tərəfindən hazırlanmış investisiya layihələrinin indikativ proqramı, 2023-2028-ci illəri əhatə edən Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanması, Əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.