Bu ilin yanvar ayında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 8,8 milyon manat kredit verilib.

İqtisadiyyat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci illin eyni dövrü ilə müqayisədə 4,8 dəfə azdır.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 62,5 % azalaraq 29,9 milyon manata düşüb.

Yanvarda İKZF istiqraz buraxmaqla vəsait cəlb etməyib. Həmçinin Fonda dövlət büdcəsindən vəsait ayrılmayıb.