İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) strukturuna daxil olan qurumların sayında dəyişiklik edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, dəyişiklikdən sonra daha yeddi qurum DVX-nin strukturuna daxil edilərək sayları artırılıb:

- Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi

- Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi

- Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi

- Milli Gəlirlər Baş İdarəsi

- İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi

- Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsi

- Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsi.