Azərbaycanın yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin gəlirlərinin 14 milyard 932 milyon manatı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların payına düşəcək.

İqtisadiyyat.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, təsdiq olunmuş proqnozla müqayisədə 1 milyard 530 milyon manat və yaxud 11,4 % çoxdur.

Vergi daxilolmalarının 6 milyard 002 milyon manatı və yaxud 40,2 %-i neft sektorunun, 8 milyard 930 milyon manatı və yaxud 59,8 %-i isə qeyri-neft sektorunun payına düşəcək. O cümlədən qeyri-neft sektoru üzrə daxilolmalar təsdiq olunmuş göstəricilərlə müqayisədə 545 milyon manat və yaxud 6,5 %, 2022-ci ilin icra göstəricisi ilə müqayisədə isə 793,7 milyon manat və yaxud 9,8 % çoxdur.