Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabeliyindəki Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti adını və təşkilati-hüquqi formasını dəyişib.

İqtisadiyyat.az xəbər verir ki, bununla müvafiq qərar imzalanıb.

Qərara əsasən, təşkilat Tikilməkdə olan Obyektlərinin Müdiriyyəti Publik Hüquqi Şəxsinə çevrilib.

Qeyd edək ki, Müdiriyyət 1948-ci ildə yaradılıb. Direktoru Ramiz Vəkilovdur. O, bütün Azərbaycan üzrə iri həcmli meliorasiya və su təsərrüfatı obyektlərinin (kanal, nasos stansiyaları, su anbarları, kollektor-drenaj şəbəkələri, bəndlər və s.) layihələndirilməsi və həyata keçirilməsi işlərində Sifarişçi funksiyasını yerinə yetirir. Müdiriyyət, hüquqi şəxs kimi su təsərrüfatı obyektlərinin əsaslı tikintisinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərini idarə edir.