“Nur” İstehsalat Kommersiya məhdud məsuliyyətli cəmiyyəti məhkəməyə verilib.

İqtisadiyyat.az xəbər verir ki, "Azəriqaz" şirkətlə bağlı Bakı Kommersiya məhkəməsinə müraciət edib.

Buna səbəb isə şirkətin istehlak etdiyi təbii qaz haqqını ödəməməsidir.

Artıq iş icraata götürülüb və məhkəmə işinə hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, “Nur” şirkəti ilə bağlı bundan əvvəllər də məhkəməyə müraciət edilib.